AZ

Rəqəmsal manat nə zaman hazır olacaq?

 

9a9e265112f8f9f0d42bc06cb739e955.jpg
24.11.2022 19:57

Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal manatın yaradılması ilə bağlı işləri davam etdirir.

 

TED.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov deyib.

 

“Hazırda rəqəmsal manatla bağlı təhlil işlərini davam etdiririk. Digər mərkəzi banklar, beyin mərkəziləri kimi prosesləri izləyirik. Beynəlxalq Valyuta Fondunun bununla bağlı texniki yardım layihəsi var” – AMB-nin baş direktoru qeyd edib.

 

F.Osmanov həmçinin əlavə edib ki, rəqəmsal valyutaların yaradılması uzun prosesdir:Bizdə belə bir gözlənti var ki, rəqəmsal manatı qısa zamanda yaratmalıyıq. Hətta bəzi ölkələr yeddi il əvvəl bu prosesə başlasalar da işləri yekunlaşdıra bilməyiblər. Ona görə də rəqəmsal manatın nə vaxt hazır olacağını demək çətindir”.

TED + bölməsindən digər xəbərlər

Daha çox