AZ

Azərbaycanda televizorların qiyməti 16%-dən çox bahalaşıb – Qiymətlər

 

7239a5c3dbb61d5b69ac2c4d48266d29.jpg
25.11.2022 10:40

Azərbaycanda oktyabr ayında televizorların qiyməti bahalaşıb.

 

TED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bütün qiymətlər orta ölçüdə götürülür.

 

Məlumata görə, oktyabr ayında 1 ədəd televizorun orta qiyməti 824.17 manatdan 839.61 manata qalxıb. Beləliklə, aylıq 15.44 manat və ya 2% bahalaşma olub.

 

Ötən ilin eyni dövründə televizorun qiyməti 721.57 manat olub. İllik müqayisədə qiymət artımı 118.04 manat və ya 16.4%-dir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox