AZ

Oktyabrda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

2545af9c8afc13e4a76ebb6a9a19eb52.jpg
25.11.2022 11:40

Cari ilin oktyabrında Azərbaycana idxal olunan avtomobillərin sayı 5591 ədəd, dəyəri isə 85 milyon 337 min ABŞ dolları olub.

 

Dövlət Gömrük Komitəsindən TED.az-a verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 12-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi, 5037-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi, 499-u yük daşımaq üçün, 43-ü isə xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələridir.

TED + bölməsindən digər xəbərlər

Daha çox