AZ

Hacıqabul Sənaye Məhəlləsinin rezidentlərinin sayı artırılıb

 
 

bdc0e7482297d61b47c866520dd46bb2.jpg
25.11.2022 14:40

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Hacıqabul Sənaye Məhəlləsində 3 yeni sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 13-ə çatıb.

 

TED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşıb.

 

Nazir qeyd edib ki, ümumi investisiya həcmi 6 milyon manatdan çox olan 3 müəssisədə ("Absheron Trending" MMC, "AR Metiz" MMC və "LV Shipping Caspian" MMC) 115 iş yeri yaradılacaq.

 

Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Prezidentinin 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox