AZ

“Nağdsız hesablaşmalar haqqında” Qanunda nəzərdə tutulan dəyişiklik ikinci oxunuşda təsdiqlənib

f917510efc18d3e4c3ca987c515af3a2.png
25.11.2022 16:40

“Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.

 

TED.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

 

Qanuna edilən dəyişikliklər nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. Təklif olunan dəyişikliyə əsasən, bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də əlavə edilir. Bununla da bütün özəl tibb fəaliyyətinə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunur.

TED + bölməsindən digər xəbərlər

Daha çox