AZ

Azərbaycanda bankomatlar vasitəsilə kredit veriləcək

 

7ae9245c70c714fda3d8a7132d8ee9f5.png
25.11.2022 18:20

TED.az xəbər verir ki, Azərbaycanın SINAM IT şirkəti və Litvanın BS/2 şirkətinin Azərbaycan ofisi tərəfdaşlıq barədə memorandum imzalayıb.

 

Sənəd bu gün SINAM şirkətinin prezidenti Elçin Əliyev və BS/2 şirkətinin Azərbaycan ofisinin rəhbəri İlqar Həsənov tərəfindən imzalanıb.

 

Bu əməkdaşlıq çərçivəsində bankomatlar vasitəsilə kreditlərin rəsmiləşdirilməsi və verilməsi həllinin hazırlanması və ATM bankomatlara inteqrasiya olunması planlaşdırılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox