AZ

Rusiya “Meta”nı ekstremist təşkilatlar reyestrinə daxil edib

 

0dd1e2593a8959871397faacaac2e7af.jpg
25.11.2022 18:40

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Meta-nı ekstremist təşkilatların reyestrinə daxil edib.

 

ABŞ-ın “Facebook”, “İnstagram” kimi sosial şəbəkələrinin daxil olduğu “Meta” şirkəti Rusiyada ekstremist təşkilatların siyahısına daxil edilib.

 

Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi başlayandan sonra ölkə ərazisində “Facebook” və “İnstagram” sosial şəbəkələrinin fəaliyyətini bloklayıb. Rəsmi Moskva “Meta”ya daxil olan sosial şəbəkələrin Rusiya Federasiyası dövləti, silahlı qüvvələri əleyhinə təbliğat aparmaqda ittiham edib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox