AZ

ABŞ məşhur Çin şirkətlərinin avadanlıqlarının idxalına və satışına qadağa qoyub

 

2f8bf8a5a7c7aa9555b2e87a4950253b.jpg
26.11.2022 11:20

ABŞ-ın Federal Rabitə Komissiyası Çindən Huawei, ZTE, Hytera və bir sıra digər şirkətlərin istehsalı olan telekommunikasiya avadanlığının ölkəyə gətirilməsini və satışını qadağan edib.

 

Qadağa tətəbiq edilən avadanlıq və xidmətlərin siyahısına hazırda “Huawei Technologies”, “ZTE Corporation”, “Hytera Communications”, “Hangzhou Hikvision Digital Technology”, “Dahua Technology” və onların törəmə və filialları tərəfindən istehsal olunan rabitə məhsulları daxildir.

 

Qeyd olunub ki, bu avadanlıqlar ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməz risk yaradır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox