AZ

Təyyarədə mobil telefondan istifadə mümkün olacaq

 

115a0d18bf2de86ebef540a051f4b404.jpg
26.11.2022 11:58

Təyyarədə 5G ilə mobil telefondan istifadə etmək üçün 2008-ci ildə rezerv edilmiş tezliklərin ayrılması planlaşdırılır.

 

Bununla da təyyarədə mobil telefondan istənilən formada istifadə etmək mümkün olacaq.

 

Belə ki, Avropa aviaşirkətlərinin təyyarələrinin göyərtəsində 5G simsiz rabitə olacaq. Bu da sərnişinlərə birbaşa uçuş zamanı mobil telefonla zəng etməyə və internetdən istifadə etməyə imkan verəcək.

 

Rabitə bortda xüsusi quraşdırılmış avadanlığın köməyi ilə təmin ediləcək. Bu da bort sistemini peyklərlə birləşdirəcək və siqnal daha sonra yerə ötürüləcək.

 

Bu halda smartfonun bütün funksiyaları (zəng, mesajlaşma, video oyunlar oynamaq və s.) əlçatan olacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox