AZ

İnformatika üzrə beynəlxalq turnirdə məktəblilərimiz uğur qazanıblar

6c99e67a234221fed96259c9af4dbda2.png
28.11.2022 12:57

Noyabrın 23-dən 27-dək Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 14-cü beynəlxalq payız turniri təşkil edilib. 18 ölkə və 392 iştirakçının yarışdığı turnir hibrid formada keçirilib.

 

Elm və Təhsil Nazirliyindən TED.az-a bildirilib ki, məktəblilərimiz turnirə onlayn qaydada qoşulublar.

 

Yarışda iştirak edən məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev gümüş, “Ankara məktəbi” məktəb-liseyinin 9-cu sinif şagirdi Əli Əliyev isə bürünc medal qazanıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox