AZ

Bakı Dövlət Universitetində ikili diplom proqramlarının sayı 10-a çatıb

f36312306eb621de56145affed68d2aa.jpg
13.01.2023 15:57

Bakı Dövlət Universitetində (BDU) ikili diplom proqramlarının sayı 10-a çatıb.

 

Bu barədə TED.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, ötən il universitet 3 ikili diplom müqaviləsi imzalayıb. Qazaxıstanın Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti ilə Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Qazaxıstanın L.N. Qumilyov adına Avrasiya Milli Universiteti ilə Tətbiqi biotexnologiya ixtisaslaşması üzrə və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə MBA ixtisaslaşması üzrə magistratura səviyyələrində ikili diplom proqramları imzalanıb.

Elm bölməsindən digər xəbərlər

Daha çox