Dövlət satınalmalarında iştirak edən sahibkarlar tərəfindən təqdim edilən bank təminatları elektronlaşdırılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Mərkəzi Bank ilə birlikdə bank təminatlarının dövlət satınalmalarının vahid internet portalına (etender.gov.az) inteqrasiyasını yekunlaşdırıb. Artıq bank təminatlarının reyestri sahibkarların istifadəsindədir.
TED.az xəbər verir ki, bundan sonra “etender.gov.az” portalında elektron satınalma müsabiqələri üzrə sahibkarlar tərəfindən tender təklifinin təminatı satınalan təşkilatlara yalnız elektron formada portal vasitəsilə təqdim ediləcək.
Bank təminatının elektronlaşdırılması sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Elektron satınalma vasitəsilə açıq tender keçirilən zaman elektron qaydada təqdim edilən tender təklifinin təminatının məbləği və qüvvədə olma müddətinin tenderin əsas şərtlər toplusunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək. Malgöndərənlər (podratçılar) təkliflərini təqdim edərkən uyğunsuzluq olduğu halda, tender təkliflərinin verilməsinin son müddəti bitənədək tender təklifinin təminatına müvafiq düzəliş etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron satınalma vasitəsilə keçirilməyən müsabiqələrdə də tender təklifi təminatları, eləcə də bağlanmış müqavilə üzrə avans və müqavilənin yerinə yetirilməsi təminatları elektron formada təqdim edilə bilər.
Dövlət satınalmaları prosedurlarının tamamilə elektronlaşdırılması Dövlət Xidmətinin prioritetlərindəndir və bu istiqamətdə işlər davam etdirilir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında!


Dünyanın ən çox ziyarət edilən internet saytları məlum olub


ÜST COVID-19-la əlaqədar dünya səhiyyəsində fövqalədə vəziyyət rejimininin müddətini uzatdı


Azərbaycanda terminallar vasitəsilə də ianə verilməsi mümkün olacaq


Azərbaycanda daha 6 nəfər COVID-19-a yoluxub, ölən yoxdur


“Telegram”da yeni funksiyalar yaradıldı


“Whatsapp”dan daha bir YENİLİK: Reklamlara reaksiyalar...


Gözlənilən maşın GƏLDİ! - 1 milyon avroya...


“Samsung” smartfonları BAHALAŞACAQ


“ASAN xidmət”in nümayəndə heyəti Ankarada səfərdə olub


ASELSAN-ın kvant laboratoriyasında ilk şüalanma həyata keçirilib


Qaçmağı sevənlər üçün xüsusi QULAQLIQLAR - VİDEO


Azərbaycanda 17 nəqliyyat vasitəsi özəlləşdirilib


Xaricdən gətirdiyiniz telefonlara görə cərimələnə ...


“WhatsApp”a yeni funksiya əlavə olunub


Azərbaycanda ən perspektivli İT sahələri hansılardır?


Sirli düymə! “Tik-Tok”da populyarlaşan kontentlərə kim qərar verir?


Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı xəbərlər "Twitter"də ən populyar olub


“Samsung” yeni 43 düymlük Mini-LED oyun monitoru təqdim edib


Rayonlarda qar yağacaq


Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan partlamamış hərbi sursatların sayı açıqlanıb


TƏBİB: COVID-19-a yoluxma minimal həddədir


Həftənin ən çox oxunanları
Coca-Cola-nın ilk smartfonu ColaPhone-nun fotosu təqdim edilib


Tesla rekord gəlir əldə edib


Sabahın hava proqnozu açıqlanıb


Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi təqdim olunub - FOTO


Azərbaycanda bağlanmış bankın BMW-si 50 ...


Azərbaycanda mobil internet bahalaşacaq?


Elektrik avtomobillərinə güzəştin artırılması təklif edilir


Azərbaycanda nağdsız ödənişlərin həcmi 3 mlrd. manata çatdı

