AZ

Azərbaycanda bağlanmış bankın BMW-si 50 min manata hərraca çıxarılıb

 

0fe1cfde8787beb0a7a5f53b8107b01d.jpg
27.01.2023 10:57

21 fevral 2023-cü il tarixində saat 10:00-da hərraca çıxarılacaq Əmanətlərin Sığortalanması Fonduna məxsus nəqliyyat vasitələrinin açıq hərracda satışı elan edilib.

 

TED.az  xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondu və “Dəmirbank” ASC-nin nəqliyyat vasitələri çıxarılır.

 

Əmanətlərin Sığortalanması Fondunun nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca 100% dəyərində təqdim olunur; “Dəmirbank” ASC-nin nəqliyyat vasitəsi ilk dəfə 100% dəyərində hərraca təqdim olunur.

 

Hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır. Bu halda ödənilmiş iştirak haqqı hərracın keçirilməsinə ən geci 3 gün qalmış ərizələrini geri götürən şəxslərə qaytarılır.

 

Balanssaxlayıcı təşkilat tərəfindən hərracda iştirak etmək üçün beh ödəmiş şəxslərə satışa çıxarılan nəqliyyat vasitəsi ilə qabaqcadan tanış olmaq (baxışın keçirilməsi, servisdə yoxlanılması)  imkan yaradılır.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox