AZ

Cari tədris ilində 5655 tələbə təhsil kreditindən yararlanıb

37d979bd6b05f9ca78c3a757b3b1091e.jpg
27.01.2023 17:57

Cari tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

 

Təhsil Tələbə Krediti Fondundan TED.az-a bildirilib ki, bu günə qədər 7679 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 488 nəfərin müraciəti natamam olub, 412 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1052 nəfərin müraciətinə imtina cavabı verilib, 72 nəfərin müraciəti isə banka yönləndirilib.

 

Payız sessiyası üzrə 5655 nəfərə TTK verilib. Onların arasından 2162 nəfərin müraciəti sosial TTK, 3493 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox