AZ

“Aztelekom” Şəkinin Kiçik Dəhnə kəndini GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin etməyə başlayıb 

 

2399201bc9bd1f233ec9f682f91eafff.jpg
30.01.2023 10:40

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Şəkinin Kiçik Dəhnə kəndində GPON texnologiyası əsasında genişzolaqlı xidmətlər təqdim etməyə başlayıb.

 

MMC-nin mətbuat katibi Alidə Mustafayeva TED.az-a bildirib ki, yaşayış məntəqəsində “Aztelekom”un yeni texnologiyaların tətbiq olunması ilə şəbəkələrin genişləndirilməsi layihəsinin icrasına 2021-ci ilin oktyabrında başlanılıb. Kənddaxili şəbəkədəki bütün köhnəlmiş rabitə dirəkləri yeniləri ilə əvəz edilib, fiziki kabellərin əvəzinə fiber-optik kabellər çəkilib. Texniki imkanları məhdud olan TDM stansiyasının yerinə 6144 montaj tutumlu IP multimedia sistemli Optik Xətt Terminalı (OLT) istismara verilib. Kiçik Dəhnə kəndinin bütün məhəllə və küçələrinə fiber-optik kabel şəbəkəsi çəkilib, evlərin yaxınlığında texniki normalara uyğun məsafədə optik paylayıcı qutular quraşdırılıb.

 

Rəsmi statistikaya əsasən, Kiçik Dəhnə kəndində 2800 ev təsərrüfatı var. 2022-ci ilin sentyabr-dekabr aylarındə mövcud TDM stansiyasının 869 abunəçisi OLT stansiyasına miqrasiya olunub, 450 sakinin mənzilinə yeni telefon və internet xətti çəkilib. Hazırda kənddə 1319 GPON istifadəçisi var. Kiçik Dəhnə kəndindəki hər bir ev təsərrüfatının müqavilə əsasında GPON şəbəkəsinə qoşulması üçün texniki imkanlar mövcuddur.

 

Qeyd edək ki, yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

 

– internet

 

– internet + telefoniya

TED + bölməsindən digər xəbərlər

Daha çox