AZ

"SpaceX" şirkəti "Starlink" internet peyklərinin üçüncü partiyasını orbitə çıxarır

 

fa13c22ee07029037ef2daa8a8e165dc.jpg
30.01.2023 11:20

“Falcon 9” daşıyıcı raketi bu gün 49 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq. Yeni mini peyklər “Starlink” qlobal internet əhatə dairəsinin orbital qrupuna əlavə olunacaq.

 

TED.az xəbər verir ki, bu barədə "SpaceX" şirkətindən bildiriblər.

 

Peyklərin orbitə buraxılışı ABŞ-ın Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından baş tutacaq.

 

Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peykləri qrupunun 71-ci, bu ay isə üçüncü buraxılışı olacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox