AZ

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan partlamamış hərbi sursatların sayı açıqlanıb

 

4e5d1c6def74e77d12f4b5bcec140982.jpg
30.01.2023 11:40

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

 

ANAMA-dan TED.az-a bildiriblər ki, yanvarın 23-dən 28-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı tank əleyhinə 5 mina və 62 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Ötən həftə ərzində 467 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox