AZ

Hakerlər İranın ən böyük mobil operatorunun məlumat bazasını yaydılar

 

1fe88e53d5495ba9c97a5d5bbe33e8ad.jpg
30.01.2023 12:20
Ukraynanın "HackYourMom" qrupunun hakerləri İranın ən böyük mobil operatoru "IranCell"in məlumat bazası barədə məlumatları yayıblar.
 
 
TED.az "Report"a istinadən xəbər verir ki, bu barədə "HackYourMom" qrupunun nümayəndəsi Nikita Knışın feysbukdakı səhifəsində yazıb.
 
 
O, əlavə edib ki, məlumatlar digər məsələlərlə yanaşı, İrandakı hərbi hədəflərin onlara silah tədarükü ilə bağlı onları məhv etmək üçün toplanır.
 
 
"Buna biz başlamadıq, ukraynalıları məhv etmək üçün silah vermək lazım deyildi", - Knış yazıb.
 
 
O vurğulayıb ki, İranın hərbi obyektləri və mühüm infrastruktur obyektləri ukraynalıları məhv edən silahların tədarükünə görə bu Şərqi Avropa ölkəsinin hakerlər üçün "qanuni hədəfdir".
 
 
"Düzünü desəm, təkcə ən böyük mobil operator deyil, demək olar, bütün texnologiya sektoru birləşdirilib. Eynilə Rusiya Federasiyasında olduğu kimi. Çünki kibercihad belədir", - Knış qeyd edib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox