AZ

“Samsung” yeni 43 düymlük Mini-LED oyun monitoru təqdim edib

 

47930675d61533b1231b2f65ebbf3048.png
30.01.2023 12:40

2022-ci ildə “Samsung” bir çox yeniliklər təqdim edib, 2023-cü ildə isə onlardan biri 43 düymlük Odyssey Neo G7 monitoru olub. Cihaz ilk olaraq Cənubi Koreya bazarında satışa çıxıb.

 

TED.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

 

Monitor 144 Hz yeniləmə tezliyinə malikdir və 4K, HDR 10+ və AMD FreeSync Premium Pro texnologiyalarını dəstəkləyir. Oyunçular üçün daha rahat olsun deyə ekran tamamilə matdır.

 

Cihazda daxili dinamiklər (hər biri 20 Vt), DispleyPort 1.4, HDMI 2.1, USB 3.0 və LAN konnektorları var. Yeniliyin qiyməti hələki açıqlanmayıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox