AZ

Azərbaycanda 17 nəqliyyat vasitəsi özəlləşdirilib

 

b7a5e1758ba00eff1a52fbcb9268ad12.jpg
30.01.2023 14:40

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib.

 

Bu barədə TED.az-a qurumdan bildirilib.

 

Məumata görə, hərrac rəqabətli olub. Belə ki, hərraca çıxarılmış dövlət əmlaklarına ümumilikdə 83 sifariş qəbul edilib. “Chevrolet Epica” markalı avtomobilin ilkin start qiyməti 4 500 manat olsa da, ən son təklif 6 450 manata yüksəlib. İlkin start qiyməti 2 500 manat olan “Nissan Maxima” markalı nəqliyyat vasitəsi 4 400 manata özəlləşdirilib.

 

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: LİNK

 

Növbəti hərraclar 14, 21, 28 fevral tarixlərində keçiriləcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox