AZ

Qaçmağı sevənlər üçün xüsusi QULAQLIQLAR - VİDEO

 

8a5e957052b769100991fd28ed8e333c.jpg
30.01.2023 14:57

“Sony” şirkəti qaçmağı sevənlər üçün xüsusi qulaqlıqlar təqdim edib.

 

TED.az xarici mediaya istinadən xəbər verir ki, “float run” adlanan bu yeni cihazlar qulaqları tam örtmür və boyun ətrafında yerləşdirilir.

 

Yeni qulaqlıqlar suya və toza davamlıdır. Çəkisi 33 qramdır. Bu da cihazdan qaçış zamanı heç bir narahatlıq hiss etmədən istifadəyə imkan verir.

 

Qulaqcıqlar bir dəfə enerji yığmaqla 10 saata qədər işləyə bilir.

 

 

Cihaz qulaqda tər yığılmasının qarşısını da alır. Bundan əlavə, o istifadəçiyə ətrafdakı səsləri eşitməyə kömək edir. Bu da xüsusilə şəhər yerlərində əlavə təhlükəsizliyi təmin edir.

 

“Float Run” bu ilin fevralında bazara çıxarılacaq və yalnız ağ-qara rəngdə olacaq. Onların  qiyməti isə 130 dollardan baha olmayacaq. Həmçinin, qulaqlıqların üzərində şarj aləti və cihazı saxlamaq üçün kiçik çanta da veriləcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox