AZ

STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçirilir

 

594d490a283a0acf7223935e8d611c4a.jpg
30.01.2023 16:20

Bakı Limanının da dəstəyi ilə STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçirilir. 

 

TED.az-ın məlumatına görə, Bakı Dəniz Vağzalının binasında yerləşən Liman İncəsənət Mərkəzində açılışı baş tutan “Qadınlar STEM”də adlı festival 2 gün boyunca davam edəcək.

 

“QadinFest” və “Women in Tech” platformalarının təşkilatçılığı ilə keçirilən festivalda önəmli ictimai xadimlərin və STEM mütəxəssislərinin çıxışları olacaq, tələbə və mütəxəssislər üçün əmək yarmarkası, uşaqlar üçün STEM üzrə müxtəlif master-klaslar təşkil olunacaq.

 

Qeyd edək ki, STEM - Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) və Math (Riyaziyyat) sözlərinin ilk hərflərinin birləşməsindən yaranıb. Festival təşkilatçıları STEM haqqında heç bir məlumatı olmayanlara STEM sahələri haqqında danışmaq, tələbə və gənc mütəxəssislərə iş tapmaq və xeyirli insanlarla əlaqə yaratmağa kömək etmək, həmçinin STEM-ə daha çox uşaq cəlb etmək üçün onlara festivalda əla əylənmək üçün şərait yaratmalarını qarşılarına məqsəd qoyublar! Festivalın qapıları hər kəs üçün açıqdır.

 

Spikerlərin siyahısı: LİNK

Startaplar bölməsindən digər xəbərlər

Daha çox