AZ

Siz bu qulaqlıqlarla hər şeyi eşidəcəksiniz: Nothing Ear (open) təqdim edilib!

76757f8b76dbdbaa6778430f6e6fe7b9.jpg
26.09.2024 10:45

Standart qulaqlıqlarla müqayisədə daha rahat təcrübəni hədəfləyən Nothing Ear (open) ətraf mühit məşqləri üçün idealdır. O, velosiped sürərkən, qaçarkən və ya izdihamlı mühitlərdə gəzərkən musiqidən həzz almağa imkan verəcək.

 

Bluetooth 5.3 bağlantısını həmçinin AAC və SBC kodeklərini dəstəkləyir. İki cihaza eyni anda qoşulma və cihazlar arasında sürətli keçid xüsusiyyətinə malikdir.

 

Cəmi 8,1 qram ağırlığında olan qulaqlıqlar üç nöqtəli balans sistemi və silikon qarmaqlarla qulağa uyğunlaşır. 8 saata qədər musiqi dinləmək imkanı təklif edən Nothing Ear (open), şarj qutusu ilə birlikdə 30 saata qədər ümumi istifadə müddəti vəd edir. 10 dəqiqəlik sürətli şarjla 2 saat istifadə müddəti də əldə etmək mümkündür.

 

Nothing Ear (open) üçün ilkin sifarişlər sentyabrın 24-də başlayıb və oktyabrın 1-də bütün dünyada satışa çıxarılacaq. Nəzərinizə çatdıraq ki, qiymət 149 dollardan başlayır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox