AZ

Bəzi ölkələr bunu qarşı çıxır: diş pastaları qablaşdırılmış olduğu halda niyə əlavə qutuya qoyulur?

264ea5f2a613e93ef3da241715570dd5.jpeg
26.09.2024 12:31

Əvvəllər bu barədə düşünmüsünüz, bilmirəm, amma diş pastası əlavə kağız qutuya qoyulur. Gülməli səslənir, elə deyilmi?

 

Əlavə qutular məhsulu bahalaşdırsa da, gəlin onun niyə belə satıldığına və təsəvvür edə bilməyəcəyiniz təsirlərə nəzər salaq.

 

Qutuların estetikaya xitab etdiyini deyə bilərik. Bundan əlavə, məhsul rəflərə çatana qədər daşınma zamanı baş verə biləcək hər hansı zədələnmənin qarşısını alır, diş pastasını işığa, təsirə, temperatura və digər amillərə qarşı qoruduğu deyilir.

 

Nəhayət, qutu qablaşdırma, məhsulun daha keyfiyyətli olması barədə təsəvvür və istehlakçılarda daha yüksək dəyər qavrayışı yaradır.

 

Bütün bunları düşündüyümüz zaman zehnimizdə ağlabatan bir əsas olduğu görünür, lakin kifayət qədər qaneedici deyil. Üstəlik, ətraf mühitə də ziyan vurur.

 

Ətraf mühitə dəyən ciddi ziyandan danışaq. Misal üçün Türkiyədə ildə təxminən 816 ton lazımsız diş pastası qutularının ətraf mühitə ziyan vurulur. 

 

İslandiyada diş pastası qutusuz satılmağa başlanılıb.

 

Dünyanın ən ekoloji cəhətdən təmiz ölkələrindən biri olan İslandiyada bunun qarşısını almaq üçün illər əvvəl addımlar atılıb. Bəzi markalar qutusuz diş pastaları istehsal edir. İstehlakçılar da bu məhsullara müraciət edərək qutusuz diş pastalarının bazarda 90%-i keçməsinə imkan yaradıblar.

 

Üstəlik, bunun heç bir zərəri olmadığı sübut edilmişdir. Almaniya kimi digər ölkələr də eyni praktikanı yavaş-yavaş tətbiq edirlər.

 

Kiçik addımlarla böyük effektlər yaratmaq bu qədər asandır... Biz sadəcə olaraq fərdi vərdişlərimizi dəyişdirməliyik!

TED + bölməsindən digər xəbərlər

Daha çox