AZ

Tanış olun – Dünyanın ilk robot fotoqrafı Selfiebot

c6fe6ab62fa53355ad16a8a517aa3f98.jpeg
04.10.2019 15:53

Robotlar fərqli sahələrdə həyatımıza girməyə davam edir. Artıq robot fotoqrafımız da var.

 

TED.az xəbər verir ki, Sinqapurda təqdim olunan Selfiebot dünyanın ilk robot fotoqrafı hesab edilir. Galaxy Tech Studio-ların ortaqlığıyla hazırlanan Selfiebot icarəyə götürülə bilər. Robot fotoqraf deyərkən, əlində bir kamera ilə necə poza verəcəyinizi söyləyən robot düşünməyin. Selfiebot təkərli robota yerləşdirilmiş bir iPad-dən ibarətdir. Robot məkanı gəzib maneələri aşmaq üçün kifayət qədər ağıllıdır. Lakin foto çəkmək üçün ekranına toxunmaq lazımdır.

 


Robot fotoqraf fotoları dərhal çap edə, SMS və ya e-poçt vasitəsilə qonaqlara göndərə bilir. Üstəlik, Selfiebot fotolarınıza animasiyalı GIF və mətn əlavə etməyə imkan yaradır. Selfiebot hazırda yalnız Sinqapurda mövcuddur. Ancaq gələcəkdə robot fotoqrafla digər ölkələrdə də rastlaşa bilərik.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox