AZ

Elektron ipoteka sisteminə başqa hansı xidmətlər inteqrasiya olunacaq? – AÇIQLAMA

d29bc73ed77f43adab30e8da907b726c.jpg
21.11.2019 10:38

“Elektron ipoteka sistemi yalnız ipoteka kreditləşməsini deyil, sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verilməsi kimi elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını nəzərdə tutur”.

 

Bu fikir TED.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan verilən açıqlamada vurğulanıb.

 

Açıqlamada o da bildirilib ki, iştirakçılara elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından müvafiq sənədlər barədə informasiya əldə etmək imkanının yaradılması da planlaşdırılıb: “Yeni sistem əhalinin, sahibkarlıq subyektlərinin, fondun əməkdaşlıq etdiyi müvəkkil təşkilatların təqdim edilən xidmətlərdən daha sürətli və səmərəli şəkildə istifadəsinə imkan verəcək”.

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox