AZ

ASAN xidmət indeksi nəticələri açıqlandı – ƏN YÜKSƏK NƏTİCƏ

9273425ed89db9020e5e626292c8e83e.jpg
26.11.2019 16:03

"Dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası ilə bağlı Mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (83,81%) göstərib".

 

TED.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin əməkdaşı Beyrək Tanrıverdili deyib.

 

Beyrək Tanrıverdili bildirib ki, ən aşağı nəticə isə Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Gömrük Komitəsində olub: "Eləcə də Diasporlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aşağı nəticə göstərib".

 

Qeyd edək ki, bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2018-2019-cu illər ərzində Dövlət Agentliyi tərəfindən 25 mərkəzi icra hakimiyyəti orqanının 336 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 234 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidməti daxil olmaqla, ümumilikdə 617 xidmət qiymətləndirilib.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox