AZ

YTP-yə yeni rezidentlər qəbul edildi

1e37f28576b186c586d95afea7bb6dbb.jpg
14.02.2020 14:35

Məlumat verdiyimiz kimi, bu gün AMEA Yüksək Texnologiyalar Parkının (YTP) Ekspertlər Şurasının iclası keçirilib.

 

YTP-dan TED.az-a verilən məlumata görə, texnoparkda rezidenti kimi qeydiyyata alınmaq üçün müraciət edən üç müəssisənin layihələri qiymətləndirilib.

 

Layihələr “Buta Armor Technologies”, “4MAPS Bilgi Teknolojileri” və “Aşqar” Elmi İstehsalat Birliyi tərəfindən təqdim edilib.

 

Şura üzvləri layihə rəhbərlərinin təqdimatlarına münasibət bildirdikdən sonra, layihələr Yüksək Texnologiyalar Parkının rezidentliyinə qəbul edilib.

 

Elm bölməsindən digər xəbərlər

Daha çox