AZ

Türk Hava Yolları Naxçıvana uçuşları müvəqqəti dayandırdı

 

bae1618da5fb0b2235ab05bafc8abfc6.png
27.02.2020 16:50

Türk Hava Yolları Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb.

 

TED.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

“Koronavirus təhlükəsi ilə bağlı havada nəzarət etmək mümkün deyil, buna görə də Naxçıvana uçuşlar müvəqqəti olaraq dayandırılıb. Uçuşların nə vaxt bərpa olunacağını indidən söyləmək mümkün deyil”, - deyə E. Özoral qeyd edib.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox