AZ

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

956efd7cb901dd049d9471cbd7f325ac.jpg
26.04.2024 13:35

Rusiyalı kosmonavtlar Oleq Kononenko və Nikolay Çub Beynəlxalq Kosmik Stansiyanın (BKS) xarici səthində təmiri başa çatdıraraq stansiyaya qayıdıblar.

 

TED.az-ın məlumatına görə, bortdankənar təmirin 7 saata bitəcəyi gözlənirdi. Lakin kosmonavtlar işi vaxtından əvvəl – 4 saat 36 dəqiqəyə başa çatdıra biliblər.

 

Bu müddət ərzində kosmonavtlar radiolokator və digər avadanlıqları təmir edə biliblər. Hər 2 şəxs stansiyanın daxilinə qayıdıb və özünü yaxşı hiss edir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox