AZ

Türkiyədəki sosial şəbəkə qadağası aradan qaldırılır

519e0d7a1a4e63b4afb4c1a152814405.jpg
28.02.2020 20:58

Türkiyədədə dünən axşam Suriyadakı türk hərbçilərinə edilən hücumdan sonra bloklanan sosial media platformalarına giriş bərpa edilməkdədir. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkədə saat 00:00-dan etibarən, Feysbuk, YouTube və Tvitter kimi platformalara giriş mümkün deyildi. 


Bu gün yerli vaxtla 17:00-dan etibarən problem aradan qalxmağa başlayıb. Amma bəzi istifadəçilər hələ də VPN istifadə etmədən giriş mümkün olmadığını ifadə ediblər. WhatsApp-dakı problemin isə tamamilə həll edildiyi qeyd olunub. 


Qeyd edək ki, sözügedən problemlərlə bağlı hansısa rəsmi açıqlama verilməyib. Kütləvi informasiya vasitələrində yer alan məlumata görə, bu, 2016-cı ildən bəri ən uzun müddətli giriş problemi olub və təxminən 16 saat davam edib. 


Onu da xatırladaq ki, Suriyanın İdlib şəhərində Rusiya dəstəkli Əsəd rejimi qüvvələr Türkiyə silahlı qüvvələrinin əsgərlərinə hücum edib. Son məlumata görə, 34 türk əsgəri şəhid olub, çoxsaylı yaralının olduğu deyilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox