AZ

Tvitter istifadəçi məlumatlarını paylaşacaq

2ad16e4d6a5c22f838a902d85f76e68d.jpg
09.04.2020 11:48

Tvitter istifadəçilərdən daha çox məlumat toplayacağını, bunu reklamverənlərlə paylaşacağını bildirib.

 

TED.az xəbər verir ki, şirkət mobil tətbiqində istifadəçilərin hansı məlumatlarını açıq paylaşmasına qərar verməsi ilə bağlı xüsusiyyəti qaldırıb. Əvvəl məlumatları paylaşmaq istifadəçinin istəyinə bağlı idi. O, gizlilik alətləri bölməsindən paylaşımı bağlaya bilirdi. 

 

Şirkət bu yeniliklə tvitterdəki tətbiq reklamlarının nə dərəcədə effektiv olduğunu ölçə biləcək. 

 

Qeyd edək ki, bu dəyişiklik Amerika və İngiltərədə tətbiq olunmayacaq. Digər ölkələrin istifadəçi məlumatlarını əldə etmək mümkün olacaq. Amma bu zaman istifadəçinin adı, elektron poçtu və mobil nömrəsi məxfi saxlanacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox