AZ

Toyota-nın Azərbaycandakı distribütoru: 2 il ərzində qiyməti münasib olan mini krossoverlər gətiriləcək

11693306a490060d9e5418055ed318cf.jpg
10.07.2020 14:57

Bütün avtomobilləri ekoloji təmiz modellərlə əvəz edəcək.

 

“Toyotanın Azərbaycanda rəsmi dileri hazırda ekoloji təmiz modellərin gətirilməsində maraqlıdır. Bugünkü durumda ətraf mühitə ziyan vurmayan, təhlükəsiz və keyfiyyətli maşınlara ehtiyac var”.

 

Bunu TED.az-a Toyota Bakı Mərkəzindən bildiriblər.

 

Mərkəzdən qeyd olunub ki, Toyota bütün avtomobilləri ekoloji təmiz modellərlə əvəz edəcək: “Qarşıdakı 5 il ərzidnə Toyota model sırasını tam olaraq ekoloji təmiz avtomobillərlə əvəz edəcək. Eyni zamanda yaxın 2 il ərzində qiyməti münasib olan mini krossoverlər gətiriləcək”.

 

 

Fatimə ZÜLFİQAR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox