AZ

Meta şirkəti yeni super kompüterini təqdim etdi: 16 terabayt həcm.. - VİDEO

b8ef6b6562a83b0663b81cb7184e0809.jpg
26.01.2022 23:20

Dünyaca məşhur Meta şirkəti yeni superkompüter yaratdığını elan edib. 

 

TED.az xarici KİV-ə istinadən xəbər verir ki, AI Research SuperCluster (RSC) adlı bu kompüter süni zəka tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. 

 

Yeni texnologiyanın dünyanın ən sürətli kompüteri olacağını bildiriblər. 

 

Məlumata görə, cihaz yay fəslində tam hazır olduqdan sonra özündə 16 min ədəd NVIDIA A100 qrafik prosessorunu birləşdirəcək. Kompüter saniyədə 16 terabayt həcminə qədər məlumatları emal edə biləcək. 

 

Qeyd edək ki, bu layihənin hazırlanmasına nə qədər vəsaitin xərcləndiyi haqqında məlumat verilməyib. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox