AZ

100-ə yaxın Misir mumiyasının DNT analizi dünya alimlərini şoka saldı – FİRONLARIN QAFQAZDAN GETDİYİ GÜMAN EDİLİR

2eca524158b6fcd29da85ad14a6447e1.jpg
09.09.2019 10:43

Vaxt gələcək və onlar həyata qayıdacaqlar – istədikləri kimi

 

Maks Planka İnsan Tarixi Elmləri İnstitutunun (Max Planck Institute for the Science of Human History) və Tübingen Universitetinin (University of Tuebingen) alman alimləri 3500 ilə 1500 yaş aralığında olan 90 Misir mumiyasının genomunu qismən də olsa bərpa edib və təhlil ediblər. Belə bir nəticəyə gəlinib: qədim misirlilər afrikalı deyildilər. Bəziləri türk, digərləri isə Avropanın cənubundan və İsrail, İordaniya, Suriya, Livan, Gürcüstan və Abxaziyanın hazırda yerləşdiyi ərazilərdən gəlmələrdir.

 

 

Qədim Misir sivilizasiyasını yaradan xalqlar

 

Bir müddət əvvəl Sürixdə yerləşən iGENEA Genealogiya Mərkəzinin bioloqları oxşar araşdırmalar aparmışdılar. Onlar yalnız bir mumiyadan alınan genetik materialı təhlil etdilər. Bu mumiya firon Tutanhamonun özü idi. Onun DNT-sini sümük toxumasından – daha dəqiq olaraq sol çiyin və sol ayağından əldə ediblər.

 

iGENEA mütəxəssisləri fironun və müasir avropalıların genlərini müqayisə edib və aşkar ediblər ki onların çoxu Tutanhamonun qohumlarıdır. Orta hesabla, avropalı kişilərin yarısı – “tutanhamonlardır”. Bəzi ölkələrdə onların payı 60-70 faizə çatır - məsələn, İngiltərə, İspaniyada və Fransada.

 

 

DNT qaploqruplara görə – demək olar ki, dəyişmədən nəsildən-nəslə ötürülən DNT fraqmentlərinin xarakterik dəstlərinə görə müqayisə edildi. Fironun qohumları R1b1a2 adlı ümumi bir qaploqrup ətrafında cəmləndi.

 

Elm adamları vurğulayırlar ki, avropalı kişilər arasında belə məşhur olan Tutanhamon R1b1a2 DNT-si müasir misirlilər arasında çox nadir rast gəlinir. Misirdə onun daşıyıcılarının payı bir faizdən də çox deyil.

 

"Tutanhamonun genetik bir avropalı olması çox maraqlıdır, elə deyilmi?", - deyə iGENEA Mərkəzinin direktoru Roman Şols (Roman Scholz) təəccübünü bildirir.

 

İsveçrəli və alman genetika tədqiqatçıları bir daha təsdiqlədi ki, müasir misirlilər fironların nəslindən deyil. Onların qədim hökmdarları ilə heç bir ortaq əlaqəsi yoxdur. Bu, Misir cəmiyyətinin xüsusiyyətlərini hansısa şəkildə izah edir.

 

Fironların özləri – yerli camaatdan deyildilər

 

"Misir padşahlarının və avropalıların ortaq əcdadı, təxminən 9500 il əvvəl Qafqazda yaşadığını güman edirəm. Təxminən 7 min il əvvəl onun birbaşa nəsli bütün Avropada məskunlaşdı. Kimsə də Misirə çatıb və firon olub”, - deyə Şols bildirir.

 

Tədqiqatlardan məlum olur ki, böyük babalarından başlayaraq, Tutanhamonun əcdadları və özü Qafqaz millətindən olan insanlar idi.

 

Vaxt gələcək və onlar həyata gələcəklər – istədikləri kimi

 

Tübingen Universitetinin paleogenetika alimi Yohannes Krauze (Johannes Krause) Nature Communications jurnalında qeyd edir ki, alman tədqiqatçılarının üzərində işlədiyi 151 mumiyadan üçünün genomu tamamilə bərpa edilib. Onların DNT-si yaxşı qorunub saxlanılıb. Alimin söylədiyi kimi günümüzə qədər sağ qalıb – yaşayıb. İsti Misir iqliminə, dəfn yerlərində yüksək rütubətə baxmayaraq, balzamlaşdırmaq üçün istifadə olunan kimyəvi maddələr qorunub saxlanılmışdır.

 

 

Genomun bərpası – uzun müddətli olsa da sahibinin bərpası deməkdir. Klonlaşdırma yolu ilə. Bir gün ölülərin diriləcəyinə ümid edən qədim misirlilərə  bu da yetərlidir. Elə bunun üçün mumiyaya çevrilirdilər. Sanki ət və sümüklərin qalıqlarının nə vaxtsa faydalı olacağını əvvəlcədən bilirdilər.

 

Bütün bunlar, həqiqətən, heyranedicidir. Ölən insanlar, nə qədər dəhşətli görünsə də, insanlıq tariximizi öyrənməyin açarıdır. Keçmiş olmasaydı, gələcək də olmazdı. Yeri gəlmişkən, Tutanhamon mükəmməl bir şəkildə qorunub saxlanılıb, buna görə ölülər krallığından təyin olunduğu kimi geri dönməsinə heç nə mane olmur.

 

Şəfiqə RƏŞİD

TED + bölməsindən digər xəbərlər

Daha çox