AZ

Məlumat lövhələrinin dizaynının hazırlanması üçün müsabiqə elan olunub

 

a68d119113f266081077d81a562b7d16.jpg
15.04.2024 12:40

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri üçün “Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi”ni elan edib.

 

Dövlət Xidmətindən TED.az-a bildirilib ki, müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları dizayn layihələrini aprelin 15-dən mayın 15-dək təqdim edə bilərlər.

 

Layihənin təşkil edilməsində məqsəd tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə çatdırılmağı üçün məlumat lövhələrinin yeni dizaynının hazırlanmasıdır. Müsabiqə dizayn layihələrinin qəbulu və təqdim edilən materialların qiymətləndirilməsi olmaqla iki mərhələdən ibarətdir.

 

Müsabiqə qaliblərinin adları mayın 30-da elan olunacaq.

 

Ətraflı məlumat üçün culture.gov.az/medias/media reqlament.pdf linkinə keçid etmək mümkündür.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox