AZ

Azərbaycanda əmək müqavilələrinin sayı artaraq 1 milyon 839 min 109-a çatıb

 

22d2a4eb5e7e4d4d1b50071cea01bfc8.jpg
15.04.2024 14:00

2024-cü ilin ilk rübündə ölkəmizdə əmək müqavilələrinin sayı 30,3 min müqavilə və ya 1,7 faiz artaraq 1 milyon 839 min 109-a çatıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Son 3 ayda əməkhaqqı fondunda daha 2,9 faiz artım qeydə alınıb.

 

Ümumilikdə 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.

TED + bölməsindən digər xəbərlər

Daha çox