AZ

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

 

16e1f4cb345267eb3c6a5d2f06cf30fc.jpg
16.04.2024 15:20

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları qanunamüvafiq tədbirləri davam etdirirlər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, tədbirlər nəticəsində 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.

 

Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox