AZ

Naxçıvanda istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

f0106419498f40219951a4dcdf7de4f7.jpg
17.04.2024 16:57

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

 

TED.az xəbər verir ki, 2024-cü il aprelin 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3.222 ədəd olub. Yanvar – mart ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 91,4 milyon manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 64 milyon manat və ya 3,3 dəfə çoxdur.

 

Bu il aprelin 1-nə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,2 milyon manat ƏDV məbləği geri qaytarılıb. Cari ilin birinci rübündə istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 319,2 min manat olub.

TED + bölməsindən digər xəbərlər

Daha çox