AZ

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

 

18f1349ddfb85777c961cfa420d7eaff.jpeg
18.04.2024 14:00

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq.

 

TED.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin18-də keçirilən mətbuat konfransında deyib. O bildirib ki, mayın 7-dən 30-dək müsahibə mərhələsi keçiriləcək: “İyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq”.

 

Eşqi Bağırov əlavə edib ki, Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq birinci sinfə keçiriləcək.

 

Qeyd edək ki, mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır. Proses sentyabrın 13-dək davam edəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox