AZ

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

 

840766fe82eb84b01cf19bb3dfa1ce1e.jpg
18.04.2024 18:40

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin rəsmi internet səhifəsi (www.ezda.edu.az) istifadəyə verilib.

 

Agentlikdən TED.az-a bildirilib ki, yeni sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, fərqli struktura və müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib.

 

Yeni səhifədə Peşə Təhsil Mərkəzinin idarə edilməsi, pedaqoji heyət, ixtisaslar, tələbə qəbulu qaydaları, tələbə və məzunların reyestri, fəaliyyətlər barədə geniş məlumatlar yerləşdirilib.

 

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox