AZ

İctimai yerlərdə Wi-Fi istifadəsi niyə təhlükəlidir? – ARAŞDIRMA

148c7fce901614de0a45abdb72a898aa.jpg
18.04.2024 21:40

Günümüzdə açıq Wi-Fi şəbəkələri geniş yayılıb. Ancaq bu şəbəkədən istifadə bəzən təhlükəli ola bilər. Çünki onları kimin və hansı məqsədlə yaratdığı məlum deyil. 

 

TED.az xəbər verir ki, bu barədə Rusiya analitik mərkəzinin rəhbəri Vladimir Ulyanov bildirib.

 

Onun sözlərinə görə, ictimai Wi-Fi şəbəkəsinə qoşulan istifadəçi login, parol və digər məxfi məlumatları daxil edərsə, fırıldaqçılar tərəfindən ələ keçirilə bilər. Mütəxəssis e-poçtunuza, sosial şəbəkələrinizə və ödəniş proqramlarınıza yalnız öz mobil internetiniz vasitəsilə daxil olmağı tövsiyə edir.

 

"Mən sizin ictimai Wi-Fi şəbəkələrindən istifadəni tamamilə dayandırmağınızın tərəfdarı deyiləm. Sadəcə, çox diqqətli olmalısınız. Əgər belə bir şəbəkədən istifadə etməlisinizsə, bunu yalnız təhlükəsiz əməliyyatlar üçün etmək daha yaxşıdır.

 

"İctimai Wi-Fi yalnız kritik vəziyyətlərdə, təcili bir şey etmək lazım olduqda istifadə edilməlidir, lakin şəbəkəyə giriş yoxdur", - Ulyanov bildirib.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox