AZ

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

 

39db059f4dc667c3aa22c8133188abfa.jpg
19.04.2024 10:00

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində xeyli sayda partlayıcı maddə aşkarlanıb.

 

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) TED.az-a məlumat verilib.

 

Bildirilib ki, ANAMA əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə improvizə olunmuş partlayıcı qurğular, partlayıcı maddələr, elektrik və qeyri-elektrik detonatorlarından ibarət güclü partlayış törətmək üçün hazırlanmış xeyli sayda partlayıcı yüklər, habelə Ermənistan istehsalı olan D1 markalı əl qumbaralarından istifadə edilərək quraşdırılmış improvizə edilmiş partlayıcı qurğular aşkarlanıb.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox