AZ

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

 

889430a0f2891c458f482e5d7fd7b99d.jpg
19.04.2024 12:20

Qazaxıstanda 2024-cü ilin birinci rübündə 33 mindən çox avtomobil istehsal edilib. Bu, 31 min 766 avtomobilin istehsal olunduğu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur.

 

TED.az xəbər verir ki, Qazaxıstan Avtomobil İttifaqının məlumatına görə, ölkənin maşınqayırma sektorunda avtomobil sənayesinin payı 43 faiz təşkil edib. Əsas istehsal həcmi minik avtomobillərinin payına düşüb - 30 min 696 ədəd. Bundan əlavə, ölkədə 1356 yük avtomobili, 633 avtobus, 206 qoşqu və 130 ədəd digər xüsusi texnika istehsal edilib.

 

Yerli müəssisələrdə istehsal göstəriciləri ən yüksək olan ilk beş avtomobil markasına “Hyundai” (9 min 934 ədəd), “Chevrolet” (7 min 249), KIA (6 min 278), JAC (4 min 273) və “Jetour” (2 min 779) daxildir.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox