AZ

Bu agentlik İSO idarəetmə standartı üzrə iki beynəlxalq sertifikat aldı

c28c8fdd69459f1ee876786a2828db2d.png
10.01.2020 13:35

Bakı Nəqliyyat Agentliyi İSO idarəetmə standartı üzrə iki beynəlxalq sertifikat alıb.

 

TED.az xəbər verir ki, Agentlikdə Almaniyanın Beynəlxalq İSO Standartları üzrə Tüv Thüringen Standartlaşdıma Orqanı tərəfindən Beynəlxalq İSO 9001:2015 (Keyfiyyətin İdarə Olunması) və İSO 14001:2015 (Ətraf Mühitin İdarəetmə) standartının tələblərinə uyğunluq auditi keçirilib.

 

Nəticədə, Bakı Nəqliyyat Agentliyi İSO 9001:2015 və İSO 14001:2015 uyğunluq sertifikatlarına layiq görülüb.

 

Ekoloji baxımından daha təmiz nəqliyyat mühitinin formalaşdırılması üçün son illər sistemli tədbirlər həyata keçirilir. Qanunsuz parklanmaya qarşı mübarizə, yolların avtomobil buraxıcılıq qabiliyyətinin artırılmasına yönəlik layihələr belə tədbirlərdəndir. Eyni zamanda, insanların ictimai nəqliyyatdan istifadəyə marağını artırmaq üçün zəruri infrastruktur yaradılır və avtobus parkı yenilənir. Avtobus parkının yenilənməsi zamanı CNG və elektirik mühərrikli nəqliyyat vasitələrinin olması əsas şərt olaraq müəyyən edilib. Qısa vaxtda şəhər nəqliyyatında CNG mühərrikli avtobusların sayı 600 ədədə çatdırılıb.

 

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyət sahəsinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqi nəzərdə tutulur.

TED + bölməsindən digər xəbərlər

Daha çox