AZ

Kodlaşdırma etmədən Android tətbiqini necə yaratmaq olar? MÜTƏXƏSSİS 

 

9af0636b2688d521e18c75d5a3d0210c.png
27.04.2020 12:41

Heç bir kod yazmadan və ya minimal miqdarda kod yazmaqla Android mobil tətbiqi (app) yaratmaq getdikcə daha da asanlaşıb. Bu, əsasən proqramçı olmayanlar üçün ideal olsa da, təcrübəli proqramçılar da vaxtlarını daha səmərəli etmək üçün belə üsullardan istifadə də bilər.

 

TED.az xəbər verir ki, bloger Cəfər Nəcəfov iki üsul və bir neçə alət, şablon vasitəsilə kodlaşdırma etmədən Android tətbiqini yaratmağın yollarını izah edib.


 

CodeCanyon

 

 

CodeCanyon yüzlərlə peşəkar Android tətbiq şablonu və qurucu alətləri olan onlayn bir platformadır. Bu şablonlardan bəzilərinin inanılmaz dərəcədə zəngin funksionallığı və yaxşı dizaynı olur. Bəzən bir app yaratmaq sizdən bir neçə gününüzü, hətta ayınızı apara bilər. CodeCanyon isə sizə günlərinizə, aylarınıza qənaət etməyə imkan verəcək.

 

Tətbiq qurucularından istifadə etmək

 

Tətbiq qurucular (App builder) bir neçə formanı doldurmaqla sizə tətbiqetmə yaratmağa imkan verir. Belə qurucuların ən məşhurları ilə çox sayda tətbiqlər yaratmaq mümkündür. Məsələn, onlardan istifadə etməklə e-ticarət tətbiqləri, xəbər tətbiqləri və ya hətta chat proqramları yarada bilərsiniz. Ən yaxşı tərəfi isə odur ki, bu işi görərkən bir sətir belə kod yazmağa ehtiyac olmayacaq.

 

React App Builder

 

 

 

React tətbiq qurucusu CodeCanyon-da mövcud olan premium alətdir. O, bu gün ala biləcəyiniz bəlkə də ən güclü və çevik bir tətbiq qurucusudur. React Native çarpaz platforma çərçivəsindən istifadə etdiyinə görə siz ondan istər Android, istərsə də iOS cihazları üçün tətbiqlər yaradanda istifadə edə bilərsiniz.

 

React tətbiq qurucusunun tətbiq yaratmaq üçün çox asan bir interfeysi var. Bundan başqa, sizə 11 gözəl şablon təklif edir.

 

Qeyd etmək lazımdır ki, bu vasitə bulud əsaslı xidmət də göstərir. Kompüterdə aləti quraşdırmaq, konfiqurasiya etmək və müntəzəm olaraq yeniləmək üçün vaxt sərf etmək istəmirsinizsə, bulud əsaslı xidmət sizin üçün ideal təklif olacaq.

 

IMABuildeRz

 

 

IMABuildeRz həm Android, həm də iOS cihazları üçün proqramlar yarada bilən digər bir məşhur tətbiq qurucusudur. Daxili olaraq Ionic 4 çərçivəsini istifadə etdiyinə görə TypeScript və SCSS kodunu yarada bilir.

 


Bu alətdə bir sıra əlavələr vardır ki, siz istəyinizə uyğun olaraq tez bir zamanda tətbiqlərinizə əsas funksiyaları əlavə edə biləcəksiniz. Bura, məsələn, formaları, JSON sənədlərini, JWT identifikasiyasını və AdMob reklamlarını idarə etmək üçün, hətta “Haqqımızda” və “Əlaqə” səhifələrini qısa müddətdə yarada biləcək əlavələr aiddir.

 

Bundan başqa, bu alət vasitəsilə siz mətni nitqə çevirmə, barkodu skan etmə və media axınını təmin etmə funksiyalarını quraşdıra biləcəksiniz.

 

AppsGeyser: Pulsuz Android app qurucusu

 

Tətbiq yaratmaq üçün pulsuz bir vasitə axtarırsınızsa AppsGeyser-i yoxlamağa dəyər. AppsGeyser-in 70-dən çox tətbiq şablonu var və bu şablonları ayarlamaq üçün sadə interfeysə malikdir. Siz burada sual-cavab tətbiqləri, rəngləmə tətbiqləri, brauzerlər, messencerlər və bir sıra fərqli oyun növləri üçün şablonlar tapa bilərsiniz.

 


Qeyd etməliyəm ki, AppsGeyser-in pulsuz versiyası qazandığınız gəliri sizinlə yarı bölür. Yəni, siz tətbiqinizdə reklam yerləşdirməli və reklamdan gələn gəlirinin 50%-ni AppsGeyser ilə bölüşdürməlisiniz. Bu versiya sizi qane etmirsə, premium versiyaya keçib, reklamları ümumiyyətlə söndürə bilərsiniz.

 

Veb-saytı tətbiqə çevirmək

 

Əgər sizin artıq bloqunuz və ya veb versiyada tətbiqiniz varsa, CodeCanyon-da onu Android tətbiqinə çevirmək üçün alətlər var. Bu alətləri çoxu webviews və ya WordPress API-dən istifadə edir.

 

Android üçün WebViewGold

 

Android üçün WebViewGold veb saytları yüksək keyfiyyətli Android tətbiqlərinə çevirən çox məşhur bir şablondur. Onun vasitəsilə qurduğunuz tətbiqlərdə tətbiqdaxili satışlar, bildirişlər, linklər, AdMob reklamları və bir çox fərqli dialoq dəstəyi əldə edəcəksiniz.

 


Əgər sizə təcili surətdə, hətta bir neçə dəqiqə ərzində tətbiq hazırlamaq lazımdırsa, WebViewGold məhz sizin üçün nəzərdə tutulub. Etməyiniz lazım olan şey şablona veb-saytınızı və ya bütün HTML sənədlərinizin yerləşdiyi qovluğu göstərirsiz, o isə sizin üçün Android Studio-nun ən son versiyası ilə tətbiqi qurur.

 

WebViewGold iOS üçün da mövcuddur. Beləliklə, tətbiqinizin həm Android, həm də iOS-da eyni funksionallıqla işləməsini istəyirsizsə, bu şablonlar məhz sizin üçündür.

 

Universal Android WebView

 

 

 

Universal Android WebView şablonu artıq illərdir ki, CodeCanyon-da bestsellerdir. Bu Android şablonu hər hansı bir veb-saytı həm telefonda, həm də planşetlərdə yaxşı işləyən gözəl Material Dizayn tətbiqinə çevirə bilər. Rənglər Material Dizayn üçün son dərəcə vacib olduğuna görə on növdə gözəl rəngli şablonlar təqdim edir.

 

Bu şablon ilə qurduğunuz tətbiqlərdə ekranı dartmaqla naviqasiya və yeniləmək funksiyaları dəstəklənir. Bundan əlavə, sizin tətbiqiniz AdMob reklamları, Firebase Analytics və Firebase Cloud Messaging-ə tam surətdə inteqrasiya olunacaq, o cümlədən fayl yükləmələrini idarə etmək üçün tətbiqin içərisində yükləmə meneceri olacaq.

 

Universal Android WebView şablonunu istəyinizə uyğun dizayn etmək üçün vahid konfiqurasiya faylında dəyişiklik etməli olacaqsınız. Bu konfiqurasiya faylını idarə etmək isə çox asandır. Belə ki, əgər asan idarə olunan bir veb-saytınız varsa, bu şablondan istifadə edərək təxminən 15 dəqiqə ərzində onu yaxşı dizaynlı bir tətbiqə çevirə biləcəksiniz.

 

 

Android App Builder

 

 

Android App Builder vasitəsilə hər hansı bir veb-saytı Android tətbiqinə çevirə bilərsiniz. O, həmçinin WordPress saytları üçün də əlavə funksiyalar təklif edir. Məsələn, WordPress postlarınızı parallax scrolling effekti ilə təqdim etmək üçün altı fərqli maketi var.

 

Saytınız WordPress platformasında deyilsə, onu yaxşı tətbiqə çevirə bilmək üçün əvvəlcə əmin olun ki, saytınızın maketi (layout) responsivdir. Bu cür veb-saytlar üçün tətbiqlərin faylların upload və download olunması, yükləmə göstəriciləri, eləcə də yeniləmək üçün ekranı dartma kimi lazımlı funksiyaları ola bilər.

 

Android App Builder-in vebsaytınızda yerləşdirdiyiniz bütün YouTube videolarını, Flickr albomlarını və Tumblr postlarını idarə etmək üçün də bir neçə funksiyası vardır. YouTube kanallarını və video siyahısının məzmununu göstərmək üçün altı, Flickr albomlarınızın və Tumblr şəkil postlarınızın məzmununu göstərmək üçün isə üç maket təklif edir.

 

 

Flink App Builder

 

 

Flink App Builder bir neçə kliklə WordPress saytını Android tətbiqinə çevirməyə kömək edən güclü bir vasitədir. WordPress platforması ilə tam inteqrasiya olunduğundan, onunla qurduğunuz tətbiqlər bloqunuzun bütün yazılarını, səhifələrini, şərhlərini və görüntü qalereyasını gözəl şəkildə göstərə biləcək. Bundan əlavə, bloqunuzda etdiyiniz hər hansı bir dəyişiklik dərhal tətbiqinizdə əks olunacaqdır.

 

Flink ilə yaratdığınız bütün tətbiqlərdə bildirişlər üçün daxili dəstək olacaq. Bu tətbiqlərdən pul qazanmaq məqsədilə istifadə etmək istəyirsinizsə, tətbiqə AdMob reklamları və ya Facebook Audience Network reklamları əlavə edə bilərsiniz.

 

Flink tətbiqləri istifadəçilərini məmnun etmək üçün ekran keçid animasiyaları, ilk açılan ekranlar və Material Dizayn komponentləri kimi bir çox əlavə funksiyaları təqdim edir. Mənə görə bu tətbiq qurucusunun ən üstün cəhətlərindən biri odur ki, onlar təkcə istifadəçilər üçün qeydiyyat və giriş dəstəyini təmin etməklə kifayətlənməyib, həmçinin məzmunu şifrə ilə qoruyur.

 

RocketWeb

 

 

RocketWeb də webview-dan istifadə edərək veb tətbiqi Android tətbiqinə çevirən premium şablondur. Tətbiqinizi tərtib etmək üçün burada 50-dən çox dizayndan istifadə edə bilərsiniz. Bəzi dizaynların neytral rəngləri olsa da, bəziləri gözəçarpan qradientlərə malikdir.

 

Burada siz heç bir kodlaşdırma aparmadan, şablonu istədiyiniz kimi dizayn edə bilərsiniz. Şablonu konfiqurasiya etmək üçün isə istəsəz sadə, brauzerdə açılan versiyadan istifadə edə bilərsiniz.

 

RocketWeb ilə yaratdığınız tətbiqlərin webview-dan başqa, ekranı dartmaqla naviqasiyası, alətlər barı (toolbar) və gözəl bir ilk açılan ekranı olacaqdır. Bağlantı problemləri və digər qırılmalar baş verdiyi hallar üçün error səhifələri də hazırdır.

 

RocketWeb tətbiqləri həm Google Cloud Messaging, həm də OneSignal bildirişlərini dəstəkləyir. Onlardan pul qazanmaq istəyirsinizsə, AdMob reklamlarını aktiv etməli olacaqsınız.


Yaxşı, gəlirli Android tətbiqetmələri qura bilmək üçün mütləq proqramçı olmaq lazım  deyil.

 

Bu yazıda sizə app yaratmaq üçün bəzi alətləri və şablonları təqdim etdim. Qeyd etdiyim vasitələrin əksəriyyəti o qədər sadədir ki, tez-tez hansısa bir tətbiqi yaratmaq həvəsinə düşə bilərsiniz.

 

 

Həmin tətbiqlərə reklam əlavə edib, Google Play-də yayımlamaqla özünüz üçün yeni bir passiv gəlir mənbəyi yarada bilərsiniz.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox