AZ

Elektron icazə alsa da, cərimələnən şəxslərlə bağlı məsələyə rəsmi aydınlıq gətirildi

 

0805bf27d09c9578a15a98b1ad6444ba.jpg
12.06.2020 18:35

"İcazə portalı və Daxili İşlər Nazirliyinin informasiya sistemi bir-birinə tam inteqrasiya olunub".

 

TED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədri Ülvi Mehdiyev deyib. 

 

O, bir neçə gün öncə icazəsi olsa da, DİN-in informasiya sistemində aşkarlanmadığı üçün cərimələnən şəxslər barədə danışarkən bildirib ki, şəxsin məlumatları icazə portalına daxil edilibsə, DİN-in sisteminə də daşınır: "Beləcə, DİN əməkdaşları bunu görə bilirlər. Neqativ halların yaşanmaması üçün icazə sistemi mütəmadi yoxlamalardan keçirilir. Sistemdə şəxsin icazəsi varsa, ona karantin dövründə icazə verilmiş sayılır. Əgər icazə texniki problem səbəbindən görünməyib və ləğv olunubsa, məsələ araşdırılıb təsdiqini tapdığı təqdirdə cərimə ləğv edilə bilər. Amma fikrimcə, bu dövrdə belə bir texniki problem yaşanmayıb".

 

Lamiyə SÜLEYMANLI

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox