AZ

Ən populyar Windows əməliyyat sistemi hansıdır? - AZƏRBAYCANDA

 

1a725939cc7b448d1dddcfa0cb7f69f1.jpg
08.07.2020 17:00

Windows əməliyyat sisteminin iyun ayı ərzində Azərbaycan üzrə bazar payı açıqlanıb. 


TED.az xəbər verir ki, Global Stats analitik şirkətinin məlumatına əsasən, Azərbaycanda istifadəçilər arasında ən populyar Windows 10 əməliyyat sistemidir.


Windows 10 əməliyyat sisteminin ötən ay ölkə üzrə bazar payı 73.34% olub.


Bu göstərici ilə Windows 10 əməliyyat sistemi Windows 7, Windows 8.1, Windows 8, Windows XP, Windows Vista-nı geridə qoyub.


İyun ayında qeyd olunan əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı müvafiq olaraq 19.79%, 4.5%, 1.06%, 0.82% və 0.44% olub.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox