AZ

Yeni “Pensiya kalkulyatoru” e-xidməti hazırlanır

 

e1993a7dc28a784ca08aa9ec2983d02f.png
04.09.2020 10:38

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektronlaşdırma proqramı çərçivəsində yeni və geniş fuksional imkanlara malik “Pensiya kalkulyatoru” e-xidmətini hazırlayır.

 

TED.az xəbər verir ki, bu e-xidmət vətəndaşlara onlara pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək. 

 

Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat verəcək.

 

Qeyd edək ki, yeni e-xidmətin yaxın bir ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox