AZAL bu reyslərdə onlayn növbə tətbiq edəcək
Bu gündən Azərbaycan Hava Yolları QSC (AZAL) həmvətənlərimizin ölkəyə qaytarılması üçün Moskva-Bakı marşrutu üzrə aviabilet əldə olunduqda onlayn növbə sisteminin tətbiqinə başlayır.
TED.az xəbər verir ki, pandemiya dövründə reyslərə olan yüksək tələbatı, reyslərin məhdud sayda olması və qeyri-müntəzəmliyini nəzərə alaraq, qeyd olunan istiqamətdə bilet satışı növbəlilik prinsipi ilə həyata keçiriləcək.
Moskva-Bakı reysinə növbəyə yazılmaq üçün WhatsApp vasitəsilə yazılı şəkildə və ya aşağıdakı keçidlərdən istifadə etməklə geri əlaqə forması vasitəsilə müraciət mümkündür:
• https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000946120
• WhatsApp: +7 916 901 23 80
Sərnişinlər müraciət zamanı xarici pasportlarının skan edilmiş surəti və əlaqə nömrələrini göndərməlidirlər.
Aviaşirkət onlayn forma və WhatsApp vasitəsilə eyni vaxtda müraciət etməməyi xahiş edir. Bu yalnız onlayn növbələrin artması və çağrı mərkəzinin əməkdaşları tərəfindən müraciətlərin gec cavablandırılmasına səbəb olacaq.
Həmçinin sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd olunan istiqamət üzrə aviabiletlərlə bağlı aviaşirkətin çağrı mərkəzinə zəng vasitəsilə edilən müraciətlər qəbul olunmur.
Moskvaya reyslərin həyata keçirilməsi cədvəlini hazırda Rusiya ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsi və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah müəyyən edir. Aviaşirkətin çağrı mərkəzinə müraciət edənlərə aviabilet dəyərinin ödənilməsi üçün müvafiq keçidlər və reys haqqında daha ətraflı məlumat növbəlik qaydasında göndəriləcək.
Rusiyada koronavirus testindən keçmək üçün ölkənin Səhiyyə Nazirliyinin tövsiyə etdiyi aşağıdakı tibb müəssisələrinə müraciət etmək lazımdır:
- Səhiyyə Nazirliyinin “Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi” FDBİ;
- Səhiyyə Nazirliyinin “Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi” FDBİ;
- “İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ” FBEİ;
- Rusiya Elmlər Akademiyasının “İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ” FDBEİ;
- Rusiya Elmlər Akademiyasının “Mərkəzi vərəm elmi-tədqiqat institutu"FDBEİ;
- “Təbabət” (“Medisina”) SC;
- İNVİTRO müstəqil laboratoriyası MMC;
- Kliniki farmakologiya və farmasiya milli agentliyi MMC;
- Laborator-diaqnostika mərkəzi MMC;
- Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi MMC.
Testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır. Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə özünütəcrid rejimində olmalıdırlar.
Uçuş zamanı pandemiya dövründə xüsusi daşıma qaydaları tətbiq ediləcək. Həmin qaydalarla bağlı video ilə buradan tanış ola bilərsiniz:
TED + bölməsindən digər xəbərlər
Yeni Smart #6 EHD Sedan Təqdim Edildi!
Dünyanın İlk Altı Qollu Humanoid Robotu Miro U Təqdim Edildi!
Humanoid robotlar yol polisi oldu!
iPhone 18 dizaynında ekranın altındakı Face ID ilə dəyişikliklər
Yeni Mercedes-Benz GLB elan edildi
Samsung-un sevimli robotu Ballie yenidən təxirə salındı!
Xiaomi 17 Ultra Leica Edition Avropaya Gəlir
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
microSD kartları geri dönüş edirmi?
Samsung Galaxy Z TriFold-un buraxılış tarixi və qiyməti açıqlandı
Redmi Note 15 Pro 4G gəlir
Vivo S50 seriyasının xüsusiyyətləri demək olar ki, açıqlandı!
Intel 14 milyard dollarlıq böyük bir müqavilə imzaladı
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir
iPhone Air yenə məyusedicidir!
Tramp elektrikli nəqliyyat vasitələrinə müharibə elan etdi!
Gemini yüksəlir, ChatGPT azalır!
Xiaomi 17S seriyası gəlir
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Galaxy S26 Seriyasına 25 Vt Maqnit Şarj Dəstəyi Gəlir!
Avropa Birliyindən X üçün rekord cərimə!
Tesla Yeni Versiyalarını Təqdim Edir!
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
"Peaky Blinders" filmi üçün yeni inkişaflar!
670 at gücündə AUDI E7X SUV Qlobal Bazara Hazırlaşır!
Google Chrome Avtomatik Doldurmanı təkmilləşdirir!
Həftənin ən çox oxunanları
“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır
Xiaomi 17S seriyası gəlir
Redmi Note 15 Pro 4G gəlir
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Gemini yüksəlir, ChatGPT azalır!
Redmi Turbo 5 seriyasına geri sayım!
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




